Ayətullah Xamenei: Böyük şeytan Amerikanın siyasətləri qarşısında ayıq olmaq lazımdır!

Ayətullah Xamenei: Böyük şeytan Amerikanın siyasətləri qarşısında ayıq olmaq lazımdır!

İran İslam İnqilabının Rəhbəri Ümumdünya Əli-Beyt (ə) Assambleyasının yeddinci forumunun üzvlərini və iştirakçı qonaqları qəbulu zamanı deyib: "İran İslam Respublikası Əhli-Beytdən (ə) ilham alaraq, dünya təkəbbürünün yeddi başlı əjdahasını geri oturtdu və inkişaf etdi".

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xameneinin ofisinin informasiya portalının məlumatına görə, Ayətullah Xamenei bu görüşdə Əhli-Beytin (ə) əzəmətini və etibarını bənzərsiz adlandırıb və vurğulayıb:

"İran İslam Respublikası hegemonluq sistemi qarşısında Əhli-Beytin (ə) qaldırılmış bayrağı olaraq, hesab edir ki, İslam dünyasında heç bir dini, etnik, məzhəb və irqi bölücü xətt yoxdur və yeganə görkəmli və həqiqi bölücü xətt İslam dünyası ilə küfr cəbhəsi və dünya imperializmi arasındakı sərhəddir".

Ayətullah Xamenei daha sonra əlavə edib:

"Bu gün İran İslam Respublikası bir örnək və canlı reallıq olaraq, hər cür düşmənçilik və hücumlar qarşısında tab gətirə və o, təzə fidanı qoca bir ağaca çevirə bilmişdir; Əlbəttə örnək dedikdə, söhbət siyasi quruluşdan örnək götürmək deyil, Ayətullah Xomeyninin prinsiplərinə sadiq qalmaqdan gedir".

İran İslam İnqilabının Rəhbəri digər xalqları zorakılıq qarşısında dayanmağa sövq etməyi hegemon sistemin qəzəb və düşmənçiliyinin səbəblərindən biri adlandırıb və bildirib ki, Amerikanın İŞİD də daxil olmaqla müxtəlif ölkələrdəki cinayətkar planlarının zərərsizləşdirilməsi, onun iranofobiya və şiəfobiya ilə bağlı sıx təbliğat aparmasına və İranı digər ölkələrə müdaxilə etməkdə günahlandırmasına səbəb olub. 

Ayətullah Xamenei İslam Respublikasının başqa ölkələrin işlərinə qarışmadığını vurğulayaraq, hegemonçuların ittihamlarının İslam quruluşunun əhəmiyyətli tərəqqisinin qarşısını ala bilmədiklərindən qaynaqlandığını bildirib və əlavə edib ki, təbii ki, hər kəs təkəbbürlü siyasətlərə qarşı ayıq olmalıdır və onları müşayiət etməməlidir. 

İran İslam İnqilabının Rəhbəri İslam dünyasındakı ixtilafları və qeyri-real bölücü xətlərini şişirtməyi dünya təkəbbürlülərinin bugünkü siyasəti adlandırıb və qeyd edib ki, hazırda bəzi ölkələrdə müşahidə edilən şiə ilə sünni, ərəb ilə qeyri-ərəb, şiə ilə şiə və sünni ilə sünni arasında müharibənin qızışdırılması və planlaşdırılması böyük şeytan Amerikanın siyasətidir ki, onun qarşısında ayıq olmaq lazımdır. 

Ayətullah Xamenei sonda bildirib ki, İslam dünyasının gələcəyi parlaqdır və şiə icması bunda böyük rol oynaya bilər.

Xəbəri paylaş

VİDEOLAR