Ayətullah Xamenei böyük alimin vəfatı münasibətilə başsağlığı verib

Ayətullah Xamenei böyük alimin vəfatı münasibətilə başsağlığı verib

Ayətullah Seyid Əli Xamenei Ayətullah Nasirinin vəfatı münasibətilə başsağlığı verib.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xameneinin başsağlığı mesajının məzmunu belədir:

“Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Rəbbani alim və arif Ayətullah Şeyx Məhəmmədəli Nasirinin vəfatı münasibətilə İsfahan xalqına, onun möhtərəm ailəsinə, əza sahiblərinə, onu sevənlərə, şagirdlərinə, xüsusilə övladlarına başsağlığı verirəm!

Bu görkəmli alim və əxlaq müəllimi islami tərbiyə və əxlaq təlimlərini yaymaq kimi böyük vəzifəni öz vəzifəsi hesab etmiş, nurlu qəlbinin təvazökarlığından bəhrələnməklə, bu istiqamətdə təsirli və nüfuzlu ifadələr işlətmişdir;

Allah-Taala onu Öz rəhmət və məğfirətinə şamil etsin. Allah-Taaladan onun xidmətlərini qəbul etməsini və onun üçün məğfirət diləyirəm”.

Qeyd edək ki, avqustun 26-sı Ayətullah Nasiri 92 yaşında xəstəlikdən vəfat edib.

Xəbəri paylaş

VİDEOLAR