Ayətullah Xamenei bina çökməsində təqsirli olanların cəzalandırılmasını istəyib

Ayətullah Xamenei bina çökməsində təqsirli olanların cəzalandırılmasını istəyib

İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Abadan şəhərində ticarət binasının çökməsində təqsirli olan rəsmilərin və aidiyyatı qurumların cəzalandırılmasını istəyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Ayətullah Xamenei Xuzestan əyalətinin Abadan şəhərində binanın çökməsi nəticəsində hadisə qurbanlarının yaxınlarına baş sağlığı verib.

Ayətullah Xamenei bu hadisədə təqsirli olanların ibrətli şəkildə və digərlərinə dərs olacaq dərəcədə cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, Abadan şəhərində 10 mərtəbəli Metropol ticarət binasının çökməsi nəticəsində ölənlərin sayı 19-a çatıb. Dağıntılar altında qalanların çıxarılması daam etdirilir. Ölənlər arasında binanın sahibi də var.

Xəbəri paylaş

VİDEOLAR