"Birləşmiş Ərəb Əmirliklərinin sionist rejimlə əlaqələrin sadələşdirilməsi istiqamətində atdığı addımın İslam və ərəb dünyasına, region dövlətlərinə və mühüm əhəmiyyət daşıyan Fələstin məsələsinə bir xəyanətdir."
Rasthaber xəbər verir ki, bunu Ayətullah Xamenei dünən ölkənin təhsil naziri, nazirin müavinləri, nazirliyin şöbə müdirləri və rəhbər işçiləri ilə videoformatda keçirdiyi iclasda deyib.
“Təbii ki, bu vəziyyət uzun sürməyəcək. Ancaq onun utanc verici ləkəsi Fələstinin qəsb edilməsini və Fələstin xalqının ev-eşiyindən didərgin salınmasını unudaraq sionistlərin ayağını regiona açan insanların alnında əbədi qalacaq”, -deyə Ayətullah Xamenei bildirib.
O, BƏƏ-nin sionist rejimi və mənfur sionist ünsürlərinin ABŞ-ın rəyasət heyətində İslam və regionun maraqlarına qarşı atdığı qəddarcasına addımda onunla əməkdaşlıq etməsindən təəssüf hissi keçirdiyini deyib: “Ümidvaram ki, əmirliklər daha tez ayılacaq və bu günahlarını yuyacaqlar”.