Ayətullah Xamenei bir müraciətdə Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətinin rəisi Ayətullah Məhəmməd Yəzdinin vəfatı münasibətilə başsağlığı verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, son zamanlar mədə-bağırsaq sistemi xəstəliyinə görə xəstəxanaya yatırılmış Ayətullah Məhəmməd Yəzdi İslam dini və İslam İnqilabı yolunda bir ömür mübarizədən sonra dünən səksən doqquz yaşında vəfat edib.
İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bu münasibətlə başsağlığı bəyanatı verib: "İnqilabın bütün dövrlərində ardıcıl və daimi iştirakı, həmçinin məhkəmə hakimiyyətinə sədrlik, Negəhban Şurasına, Rəhbərlik Xobreqanı Məclisinə və İslam Şurası Məclisinə üzvlük kimi ölkənin idarəsi üzrə böyük məsuliyyətlərdə çalışmasının kənarında tağut dövründəki mübarizələri və inqilabi fəaliyyətləri ilə yanaşı elmi və fiqhi fəaliyyətləri bu böyük din alimindən əhatəli və təsirli bir şəxsiyyət yaratmışdı.
İnqilabın əsaslarına güclü iman və bu yolda müqavimət, həmçinin dini və inqilabi qeyrət bu möhtərəm şəxsiyyətdən digər bariz nişanələr idi.
Allah-Taala Ayətullah Məhəmməd Yəzdiyə rəhmət, bağışlanma və behist nəsib etsin."