İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün bir qrup gənc seçici və şəhid ailələrini qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, Tehranda İmam Xomeyni Hüseyniyyəsində keçirilən bu məclisdə Ayətullah Xameneinin çıxışının mühüm başlıqları belədir:
- Güclü və həvəsli seçkilər ölkənin düzgün idarə olunmasının sütunlarından biridir. Tərəqqinin sütunlarından biri tərəqqiyə maneələrin aradan qaldırılmasıdır.
- Seçkilər coşqulu və izdihamlı keçməlidir. Çünki insanların seçkiyə getməsi xalqın ölkə idarəçiliyinin mühüm mərhələlərində olmasının göstəricisidir.
- Millətin ölkənin mühüm və həlledici mərhələlərində mövcud olduğunu dünyaya göstərə bilsək, ölkəni xilas edib irəli aparacağıq.
- İçəridə bəziləri seçkilərə biganə qalır. Mən heç kimi qınamıram, amma hamıya xatırladıram ki, seçkilərə qərəzli deyil, milli maraqlar prizmasından baxmalıyıq.
- Seçkilər zəif keçsə, hamı uduzur. İranı, millətini və təhlükəsizliyini sevən hər kəs bilməlidir ki, seçkilər pis təşkil olunarsa, heç kim xeyir görməyəcək və hamı zərər görəcək.
- Bəziləri hər hansı səbəbdən seçkilərdə iştirak etməyə bilər. Bizim onlarla sözümüz yoxdur. Amma seçkidə iştirak etmək istəmədiyini bildirənlər, başqalarını iştirak etməməyə sövq edənlər bir az da düşünsünlər. Səs verməməyin qazancı yoxdur və ölkənin problemlərini həll etmir.
- Kim uyğun gəlir? Ən münasib insan dinə bağlılığı daha yaxşı və daha qabarıq olan, ölkənin müstəqilliyinə daha çox israr edən, korrupsiya ilə mübarizəyə ciddi inanan, milli maraqları daha ciddi düşünəndir.
- Amerikalı zabitin özünü yandırması Qəzza hadisəsində Qərb siyasətinin biabırçılığının nəticəsidir. Amerikanın qeyri-insani siyasətinin rüsvayçılığı ABŞ Hərbi Hava Qüvvələri zabitinin özünü yandırması həddinə çatıb. Bu o deməkdir ki, o mədəniyyətdə böyümüş gəncin də bu yükü ağırlaşır, vicdanı ağrıyır. Təbii ki, bir adam yox, min adam özünü yandırmalı idi, amma korrupsiyaya bulaşmaq buna imkan vermədi və bir nəfərin vicdanı oyandı və özünü yandırdı. Qərb mədəniyyəti özünü tanıtdı, ifşa etdi, nə qədər pozğun, azğın və qəddar olduğunu ortaya qoydu. Uca Allaha dua edirik ki, İslama, müsəlmanlara və Fələstinə, xüsusilə Qəzzaya tam qələbə bəxş etsin.