Ayətullah Xamenei ABŞ-dakı hadisələrdən danışdı - TAM MƏTN

Ayətullah Xamenei ABŞ-dakı hadisələrdən danışdı - TAM MƏTN

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei çıxışında deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün (çərşənbə) səhər İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə birbaşa yayımlanan teleçıxışında dəyişmək istəyi, marağı və dəyişiklik yaratmaq cəhdinin əzəmətli İmam Rahilin (r.ə) mühüm xüsusiyyətlərindən olduğunu deyib: “İnqilabın diri qalması üçün İmamın bu əhəmiyyətli və əməli xüsusiyyətini rəhbər tutaraq dəyişmək strategiyasını, daha yaxşı olma və sıçrayış hərəkətinə doğru daha sürətlə istiqamətlənmə bütün sahələrdə, xüsusilə geri və hərəkətsiz qaldığımız sahələrdə izləməliyik”.

Ayətullah Xamenei İmamın hələ gənclik dövründən dəyişiklik ruhiyyəsində olmasına işarə edərək “İmam peyğəmbərlər kimi insanların gizli təbiətini və mənəvi instinktlərini oyadırdı. Bu xüsusiyyət İslam hərəkatından on illər əvvəl də Onun Qum şəhərinin elmi-teoloji mərkəzlərdə dediyi əxlaq dərslərində müşahidə edilirdi”, -deyə əlavə edib.

O, İmam Xomeynini dəyişiklik imamı adlandırıb: “İmam mübarizələr dövründən mübarək həyatının sonlarına qədər əməl meydanında da bənzəri olmayan bir komandan kimi dəyişmə prosesinə rəhbərlik edərək İran xalqının əzəmətli okeanını hədəflərin gerçəkləşməsi istiqamətində təlatümə gətirdi”.

İslam İnqilabının Rəhbəri İmamın dəyişiklik yaratma ruhiyyəsinin işığında yaranmış dəyişikliklərdən söz açaraq İran xalqının təslimçilik və əzginlik ruhiyyəsinin tələbkarlıq ruhiyyəyə çevrilməsindən danışıb: “Əzəmətli İmam İran xalqının yalnız öz şəxsi həyatının fikrində olan hərəkətsiz bir xalqı tələbkar və meydanda hazır olan bir xalqa çevirdi. Bu xüsusiyyət 1962-ci il hərəkatının başlanğıcından, ondan sonra 16 iyun 1963-cü il tarixindən başlayaraq İnqilabın qələbəsi ilə nəticələnən mübarizələrə və ondan sonrakı illərə qədər özünü aşkar şəkildə göstərir”.

İnqilabın Rəhbəri İmam Xomeyninin dəyişiklik istəyən ruhiyyəsinin nəticələrindən danışarkən qeyd edib ki, xarici qüdrətlər, hətta pəhləvi rejiminin rəzil rəhbərəri qarşısında özünü kiçik görən İran xalqını ölkənin taleyində rol oynayacaq özgüvən və milli qürura malik olan bir xalq çevrildi.

 Ayətullah Xamenei qeyd edib ki, xalqın əsaslı tələblərinin çox məhdud istəklərdən müstəqillik və azadlıq kimi tələblərə çevrilməsi, xalqın dinə baxışının adi və fərdi bir çərçivədən dövlət və mədəniyyət yaradan bir məktəb baxışına çevrilməsi İslam İnqilabının böyük rəhbərinin dəyişiklik istəyən baxışının təyinedici nəticələrindəndir.

O bu məsələ ilə bağlı başqa bir nüansdan danışarkən belə davam edib: “İslam hərəkatı başlayarkən xalqın təfəkküründə gələcəklə bağlı heç bir üfüq yox idi. Ancaq İmam bu üfüqsüz baxışı xalqın indiki, yəni gələcək üfüqdə yeni İslam mədəniyyətinin və İslam ümmətinin yaradılması baxışına çevirdi”.

İnqilabın Rəhbəri qeyd edib ki,  praktiki tanıma prinsiplərində dəyişiklik yaratmaq, fiqhin sistemləşdirmə və dövlət idarəçiliyi sahəsinə daxil edilməsi, habelə məsələlərə modernist baxışla yanaşı bəndəlik və mənəviyyatda israr İmam Rahilin dəyişiklik istəyinin iki bariz nəticəsidir.

 Ayətullah Xamenei gənclər və gənc nəslə baxış sahəsində əsaslı dəyişikliyin İmam Xomeyninin dəyişkənlik strategiyasının dərin və mübarək nəticələrindən olduğunu bildirib: “Böyük işlərin gənclərə həvalə edilməsi, onlardan milli sərvət və ehtiyat kimi istifadə edilməsi İmamın aydın metodu idi. O böyük şəxsiyyət gənc olmayanlara da milli sərvət kimi etimad edirdi. Bu gerçəklik onun təyinatlarında da müşahidə edilirdi. İndi də bu baxış və metod diqqət mərkəzində olmalıdır”.

O, İmamın dəyişkənlik baxışının mühüm nəticələrindən danışarkən müqaviməti və hegemonların kiçik sayılmasını xüsusilə vurğulayib: “Bir zamanlar ABŞ-ın sözünün qarşısında söz deyiləcəyi heç kəsin ağlına gəlməzdi. İmam Xomeyni hegemonlara baxış formasında dəyişiklik yaratmaqla onları hər kəsin gözündə kiçiltdi və sübut etdi ki, dünyanın hegemonları da zərbə ala bilərlər. Bu həqiqət keçmiş SSRİ və ABŞ-ın bu günkü vəziyyətində müşahidə edilir”.

İslam İnqilabının Rəhbəri vurğulayıb ki, İmam Xomeyni dəyişiklik öndəri idi: “Ən böyük həqiqət budur ki, bu dəyişikliklərin əsas amili olan İmam onların hamısının Allah tərəfindən olduğunu hesab edirdi”.

O qeyd edib ki,  İmamın dəyişiklik istəyinə malik ruhiyyəsinin ən mühüm cəhətlərindən biri gənclərin ruhi və etiqadi dəyişikliyinin əhəmiyyətinə baxışı idi.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən  “Bizim dəyişiklik ruhiyyəsi və hərəkətindən öyrəndiyimiz dərs budur ki, dəyişiklik bütün sahələrdə davam etməlidir. Baxmayaraq ki, ölkə və inqilab keçən otuz il ərzində İmamın dəyişiklik strategiyasından uzaq düşməmişdir”, - əlavə edib.

Ayətullah Xamenei ölkənin elmi nailiyyətləri və əməli hərəkətinin, müdafiə imkanlarının, daşındırma sərhədinə yaxınlaşma gücünün, İslam Respublikasının siyasi arenadakı qüdrətli simasının İmamdan sonrakı dövrün inkişaf və dəyişikliyinin nümunələrindən olduğunu qeyd edərək deyib “Bu otuz ildə müxtəlif sahələrdə inkişaf və dəyişikliyin olmasına baxmayaraq, bəzi infrastrukturlarda dəyişiklik yaransa da, həyata keçmədi, bəzi sahələrdə geriləmə və inkişafımız qeyri-məqbul və təəssüfləndirici oldu”.

O, təbiəti yenilik, dəyişkənlik, inkişaf və sıçrayış olan inqilabın əks tərəfinin irtica olduğunu önə çəkib: “İnqilabların inkişafı və geriləməsi insanların iradəsindən asılıdır. Çünki insanlar doğru yolda irəliləməsələr, Allah-taala öz nemətini onlardan alacaq. Buna görə də belə bir vəziyyətlə qarşılaşmamağımız üçün çox ehtiyatlı olmalıyıq”.

İslam İnqilabının Rəhbəri bildirib  ki, ölkənin və dövlətin müxtəlif mədəniyyət sahələrində dəyişiklik yaratmaq iqtidarındayıq. Məndən, gənclərdən, elit insanlar və xalqdan gözlənti budur ki, müxtəlif sahələrdə dəyişiklik yaradaq.

Daha sonra o, dəyişikliyin yaradılması üçün zəruri olan bəzi məsələlərdən danışıb.

İnsanın malik olduqları ilə kifayətlənməməsi, dəyişkənlik və davamlı inkişaf ruhiyyısinə malik olmaq və əldə olunanların artırılması İnqilabın Rəhbərinin toxunduğu birinci məsələ oldu: “Dəyişkənlik istəyi etiraz etmək və ya uğursuzluqdan sonra mütləq dəyişkənlik fikrinə düşmək deyil. Dəyişkənlkik deyilərkən hərəkət sürətini artırmaq, ətalətdən və məşhur yanlışlarda israrlı olmaqdan qorunmaq istəyinin davamlılığıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, doğru dəyişmənin intellektual bazaya ehtiyacı var. Ədalət kontekstində də dəyişkliyin olması vacibdir: “Dəyişiklik möhkəm və formalaşmış bir fikrə əsaslanmalıdır. İmamın hər bir islahatçı hərəkəti İslamın ontoloji prinsiplərinə əsaslanırdı. Əgər belə bir intellektual baza olmasaydı dəyişmə yanlış olardı və səbat olmazdı”.

O bu məsələdə bəzi inqilabçı fərdlər və inqilabın ilk illərinin inqilab tərəfdarlarından söz açaraq  “Bu fərdlər intellektual əsaslara, möhkəm imana və rasional əsaslara malik olmadıqları üçün gənclik dövrünü və həyatlarının müxtəlif mərhələlərini başa vurduqdan sonra İnqilabın mübarizə apardığı fosillərə çevrildilər”, -deyə qeyd edib.

O vurğulayıb ki, dəyişikliyi fikir dəyişməsi ilə səhv salmaq olmaz: “Dəyişiklik irəliyə doğru hərəkət olmalıdır. Belə ki, pəhləvilər dövründə modernləşmə və qərbləşmə kimi fikirlər var idi. Həmin fikirlər İran xalqının dini, milli və tarixi kimliyini məhv edirdi, bir sözlə, ölü mədəniyyətə çevirirdi”.

 “Dəyişiklikdə sürət mühümdür. Amma bu sürət tələskənlik və tələm-tələsik görülən səthi işlərdən fərqlənir. Dəyişiklikdə etibarlı bir yönləndirici əlin olması vacibdir. İqtisdadiyyat sahəsində iqtisadiyyatın neftdən asılılığına və əməliyyat büdcəsinə son qoyulması, təhsil sahəsində təhsil mərkəzlərində dərslərin fayda mərkəzli, dərin və praktiki olması, sosial sahədə ədalətin təmin edilməsi, ailə, narkotika aludəçiliyinin kökünün kəsilməsi, ölkənin qocalmasının qarşısının alınması sahəsində dəyişkənlik hərəkətinə ehtiyac var”, -deyə İnqilab lideri əlavə edib.

Ayətullah Xamenei bildirib ki, dəyişiklik yaradılmasının şərti düşmən və düşmənçilikdən qorxmamaqdır: “Hər bir müsbət addım və mühüm işin qarşısnda müxaliflər olur. Məsələn, virtual məkanda müxalifətlər kəskin və incidicidir, xarici düşmən geniş cəbhəyə malikdir. Düşmən cəbhəsi ölkənin xeyrinə olan bütün hərəkətlərlə mübarizə aparır, sionistlərdən asılı olan təbliğat imperiyası da bu sahədə fəaldır. Lakin hesablanmış bir işi yerinə yetirərkən bu müxalifət və düşmənçiliklərə əhəmiyyət verməmək lazımdır”.

O qeyd edib ki, düşmənçiliklərə qələbə çalmağın yolu gənc, qorxmaz, düşmənlərə məhəl qoymayan qüvvələrin səhnədəki varlığından keçir: “Gənc qüvvələrin iştirakı deyilərkən gənclərin fikir, ruhiyyə, cəsarət və fəaliyyətindən istifadə nəzərdə tutulur”.

İslam İnqilabının Rəhbəri çıxşının son hissəsində İslam Respublikasının düşmənlərinin cəbhəsindəki xaosun İran xalqının Allaha etimadının nəticəsi olduğunu deyib: “İranın düşmənlərinin bir cəbhəsi SSRİ idi. O vəziyyətdə dağıldı. Bir cəbhəsi ABŞ-dır. Onun bu günkü qarışıq vəziyyətini hamı görür”.

Ayətullah Xamenei sözlərinə görə, ABŞ-da bu gün baş verən hadisələr ABŞ-ın gizli qalmış gerçəklərinin üzə çıxmasıdır: “Polisin qaradərili bir adamın boynunadan dizi ilə basması, həmimn adam ölənə qədər onu sıxması, başqa polislərin bu mənzərəni izləməsi yeni bir məsələ deyil. Bu, ABŞ-ın əxlaqı və təbiətidir. Daha öncə də Əfqanıstan, İraq, Suriya, ondan əvvəl Veytnam kimi bir çox ölkələrə qarşı eyni şəkildə davranmışdılar”.

O, ABŞ əhalisinin bu gün səsləndirdikləri “Nəfəs ala bilmirik” şüarının zülm altında olan bütün xalqların ürəyinin sözü olduğunu deyib: “Əlbəttə, amerikalılar öz davranışları ilə dünyada rüsvay oldular. ABŞ dövlətinin başında oturanların korrupsioner idarəçiliyi nəticəsində korona ilə mübarizədə ortaya çıxan zəif idarəçilik xəstə və ölənlərin digər ölkələrlə müqayisədə bir neçə dəfə artıq olmasına səbəb olmuş, xalqla həyasıcasına davranmaları və törətdikləri cinayətlərə görə üzr istəməmələri, bütün bunlara baxmayaraq, insan hüquqlarından dəm vurmaları onların rüsvyaçılığından xəbər verir. Sanki o qaradərili kişi insan deyildi və hüququ da yox idi”.

Ayətullah Xamenei ABŞ əhalisinin mövcud hökumətləri, ümumiyyətlə, bütün hökumətlərinə görə xəcalət çəkdiklərini qeyd edərək  “Bu hadisəyə görə ölkənin daxili və xaricində işləri ABŞ və onun bəzəyini müdafiə etmək olan iranlılar da başlarını qaldıra bilmirlər”, - bildirib.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda Allah-taalanın hadisələri İran xalqı və İslam Respublikasının iqtidarının xeyrinə dəyişəcəyinə, böyük İmam və şəhid Sülaymanının ruhunu öz övliayaları ilə məhşur edəcəyinə ümidvar olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR