Böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistani bir neçə gün öncə vəfat edən böyük din alimi, mərcə Ayətullah Əl Üzma Seyid Ələvi Qorqaninin vəfatı münasibətilə başsağlığı verib.
Az.rasthaber.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, alimin ofisindən yayılan mesajda mərhumun oğlu Höccətülislam Seyid Ələvi Məhəmməd Qorqaniyə ünvanlanan başsalığında deyilir:
“بِسْمِ ٱللَّٰهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
إِنَّا لِلَّٰهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
Bismillahir Rəhmanir Rəhim
Allahdan gəlmişik, Ona doğru qayıdacağıq.
Cənab, Höccətülislam vəl muslimin Seyid Ələvi Məhəmməd Qorqani, Allahın salamı və bərəkəti olsun sizin üzərinizə.
Ayətullah Əl Üzma Seyid Ələvi Qorqaninin vəfatı münasibətilə sizə, qardaşlarınıza və qohumlarınıza, həmçinin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah Təaladan mərhuma ali dərəcələr istəyir, bütün yaxınlarına səbr və əcr arzu edirəm.
وَا حَوْلَ وَلَا قُوَّةَ َِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
Allahdan başqa heç bir hövl və qüvvə yoxdur
Hicri 1443-cü il, 11 Şaban
Əli Hüseyni Sistani”