Ayətullah Sistaninin reaksiyası onun mərkəzi ofisi tərəfindən yayılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Trampın “Əsrin sazişi”nə böyük İslam alimi, İraqın ən nüfuzlu söz sahibi Ayətullah Seyid Sistani öz münasibətini bildirib.
Ayətullah Sistaninin reaksiyası onun mərkəzi ofisi tərəfindən yayılıb.
Açıqlamada Trampın bir tərəfli Yaxın Şərq planı şiddətlə qınanılaraq “Bu plan dünya miqyasında milyonlarla ərəb və müsəlmanı narahat etmişdir.”, -deyə qeyd olunub.
Tramp Netanyahu ilə “Əsrin sazişi” adı ilə Fələstin torpaqlarının işğalını leqallaşdırmaq istəyir. Bu istiqamətdə ABŞ prezidenti açıqlaması ilə bu planını dünyaya təqdim edib. Bir çox müsəlman ölkələr və liderlər buna etiraz ediblər. Lakin bəzi ərəb ölkələri Trampın yanında olduqlarını açıqlayıblar.