Ayətullah Sistani dünyaya səsləndi: İsrailin vəhşiliklərinin qarşısını alın!

Ayətullah Sistani dünyaya səsləndi: İsrailin vəhşiliklərinin qarşısını alın!

İraqdakı şiə müsəlmanların böyük dini nüfuzlu mərcei-təqlidi Ayətullah Seyyid Əli Sistani Qəzza müharibəsinə işarə edərək dünya dövlətlərindən sionist rejimin vəhşiliyi ilə mübarizə aparmalarını istəyib.

Az.rasthaber.comxəbər verir ki, İraqdakı şiə müsəlmanların mərcei-təqlidi Ayətullah Seyid Əli Sistani sionist İsrailin blokada altındakı Qəzza zolağına hücumlarına reaksiya verib.

Ayətullah Seyyid Əli Sistaninin dəftərxanasından verilən açıqlamada bildirilib:

"İşğalçı sionist İsrail rejimi ordusu Qəzza xalqından qisas almaq və son qarşıdurmalarda verdiyi böyük itkilərin əvəzini ödəmək istəyir".

İşğalçı Sionist Rejimin hücumları nəticəsində 6 mindən çox fələstinlinin şəhid və yaralandığı bildirilən bəyanatda aşağıdakı ifadələrə yer verilib:

"Qəzzada dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb.

Sionist İsrail dünyanın gözü qarşısında qətllər törədir, amma bəziləri heç bir maneə törətmədiyini bəhanə edərək İsraili dəstəkləyir, bəziləri isə hətta özünü müdafiə edir. 

Mən bütün dünya dövlətlərini bu dəhşətli vəhşiliyə qarşı durmağa və işğalçı qüvvələrin öz planlarını həyata keçirməyə davam etməsinin qarşısını almağa çağırıram. İşğalçılara öz planlarını həyata keçirməyə və günahsız Fələstin xalqına qarşı yeni vəhşiliklər törətməyə imkan verilməməlidir.

Fələstin xalqının qanuni hüquqlarını əldə etməklə və qəsb edilmiş torpaqlarından işğalı götürməklə yetmiş illik faciəsinə son qoymaq bu bölgəyə təhlükəsizlik və sülh gətirməyin yeganə yoludur”.

Xəbəri paylaş

VİDEOLAR