Həzrət Ayətullahül-üzma Safi Qolpayeqani ürək dayanması və reanimasiya əməliyyatının uğursuzluğundan sonra gücə saat 1:00 radələrində Qum şəhərində dünyasını dəyişib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bu möhtərəm və nüfuzlu din xadimi bərəkətli ömrü boyunca Qum şəhərindəki dini hövzələrdə dərs və araşdırma aparmış, yüzlərlə tədqiqatçı yetişdirmiş və onlarla güclü elmi əsərlər yazıb yaratmışdır.
Ali məqamlı təqlid mərcəyinin siyasi fəaliyyətləri də olmuşdur. O, İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyninin (r) fərmanı ilə ölkəyə yeni konstitusiya hazırlayan Mütəxəssislər Məclisinin üzvü oldu, ardınca isə Konstitusiyaya Nəzarət Şurasının üzvü və katibi təyin edildi.
Ruhu şad olsun!