Ayətullah Rza Ramazani böyük alimin vəfatı ilə bağlı başsağlığı verib

Ayətullah Rza Ramazani böyük alimin vəfatı ilə bağlı başsağlığı verib

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah “Rza Ramazani” mücahid alim Ayətullah Qulam Rza Kardanın vəfatı ilə bağlı başsağlığı mesajı verib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibinin mesajının tam mətni belədir:

"Bismilləhir Rahmənir Rahim

Mücahid və zahid alim, Şəhid atası “Ayətullah Hacı Şeyx Qulam Rza Kardan”ın vəfatı təəssüf və təəssürat yaratdı.

O, təqvalı, yaradıcı və sadə bir insan idi, dinin əsaslarını - xüsusən də imamət bəhsini - elm axtaranlara təvazökarlıqla təqdim edirdi.

Mərhum professor Kardan həm də uzun illər Əhli-Beyt (ə) Dünya Assambleyasının Kitab Şurasının üzvü olmuş və dünyanın müxtəlif yerlərində, müxtəlif dillərdə faydalı kitabların yazılması, tərtibi, tərcüməsi və nəşri sahəsində yaxşı işlərin mənbəyi olmuşdur.

Bu əvəzedilməz itki ilə əlaqədar Elmi Hövzələrə, o mərhumun tələbələrinə və müridlərinə başsağlığı verir, Allahdan mərhumu və şəhid oğlunu Bərzəx behiştində Məsumlarla (əleyhimus səlam) yoldaş etməsini təmənna edir və sağ qalanlarının hamısına səbir diləyirəm".

Xəbəri paylaş

VİDEOLAR