Ayətullah Məkarim Şirazidən Pakistanda törədilən terrora reaksiya

Ayətullah Məkarim Şirazidən Pakistanda törədilən terrora reaksiya

İslam aləminin böyük təqlid mərcelərindən olan Ayətullah Məkarim Şirazi Pakistanda Şiə məscidinə qarşı törədilən terror aktını pisləyib.

Az.rasthaber.com “Tasnim”ə istinadən xəbər verir ki, Ayətullah Məkarim Şirazi açıqlamasında İŞİD terror təşkilatının Pakistanın Pişəvər şəhərində cümə namazını hədəf almasını pisləyib:

Bismillahir Rahmanir Rahim

İnna lillah və inna iləyhi raciun

Pakistandakı şiə məscidində törədilən terror aktında bir daha çoxlu günahsız insanların qanı töküldü, Şiələrin və bütün hürr insanların qəlbi kədərlə doldu.

Dünyanın gözü qarşısında həyata keçirilən silsilə qətliamlar beynəlxalq qurumlar, təşkilatlar və dövlətlər tərəfindən pislənmir və bu da nəticədə ciddi və dəhşətli nəticələrə səbəb olur.

Şəxsən mən bu acı bəlaya görə bütün müsəlmanlara, zərər görən ailələrə və onların yaxınlarına baş sağlığı, bu kədərli hadisədə şəhid olanlara rəhmət və bağışlanma diləyir, yaralıların tezliklə sağalmasını arzu edirəm”.

Xəbəri paylaş

VİDEOLAR