Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin həyatına qısa baxış

Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin həyatına qısa baxış

Bu gün haqq dünyasına qovuşan, mərhum Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin həyatı haqqında qısa məlumatı nəzərinizə çatdırırıq.

Məhəmməd Məhəmmədi Reyşəhri 7 oktyabr 1947-ci ildə İranın Rey şəhərində anadan olur. İbtidai təhsilini Reydə başa vurduqdan sonra o, 1961-ci ildə Rey hövzəsinə daxil olur. Səthi dərsləri hövzədə tamamladıqdan sonra Məhəmməd, 1969-cu ildə Quma gəlir və burada fiqh və üsulda xaric dərslərə başlayır. Rəyşəhrinin yazdığına görə 1961-ci ildən İnqilabın qələbəsinə qədər o, təxminən 18 il Rey, Qum, Nəcəf və Məşhəd hövzələrində təhsil alır. Onun xaric dərslərdə tədris müəllimləri sırasında Məhəmməd Əli Əraki və Hüseyn Vahid Xorasani, əqidə müəllimləri arasında Mirzə Əli Meşkini, Cavad Təbrizi, Seyid Məhəmməd Rza Gülpayeqani və Mürtəza Hairi Yəzdi yer alır. O, həmçinin Seyid Rza Bəhayullahdan rəvayət etmək üçün icazə əldə edir. Reyşəhri əxlaq sahəsində özünü Rəcəbəli Xəyyat, Ağa Hüseyn Fatemi, Məhəmməd Təqi Behcət və Seyid Rza Bahauddin kimi böyük şəxsiyyətlərin müəllimi olmuş Əbdül Kərim Həmiddən təsirlənmiş hesab edir.

Ayətullah Reyşəhri 95 cilddən ibarət 30 adda kitabın müəllifi və tədqiqatçısıdır. “Hikmət tərəzisi ensiklopediyası”nın 15 cildlik nəşri, eləcə də 13 cildlik Əmirəl-möminin ensiklopediyası və 14 cildlik İmam Hüseyn (ə) ensiklopediyası onun nəşr etdirdiyi əsərləri arasında yer alır. Onun kitablarından olan “Quran və hədis ensiklopediyası” din, əhkam, əxlaq, siyasi, iqtisadi və mədəni anlayışları əhatə edən ensiklopediydır. Bu ensiklopediya mövzulara aid hədisləri əlifba-tematik ardıcıllıqla xəbər verir, həmçinin ayə və hədislərə istinad edərək dini mövzuları, məfhumları izah və aydınlaşdırır. İmam Mehdi (ə.f.) ensiklopediyası, Quran və hədislərə əsaslanan on dörd bölmədən ibarət ensiklopediya, İmamın (ə) doğulmasından, hökumətin qurulmasına qədər olan həyatı 10 cilddə yazılmış mükəmməl araşdırmadır. Azərbaycan oxucusu Reyşəhrinin dilimizə tərcümə olunmuş “Mizanul-Hikmə” kitabı ilə tanışdır.

Məhəmməd Reyşəhri inqilab və  inqilabdan sonra İslam Respublikasının fəal simalarından biri olur. SAVAK inqilabından əvvəl iki dəfə 1966 və 1969-cu illərdə onu həbs edilərək zindana salır. Müxtəlif formalı işgəncələr yaşayan Reyşəhri öz mübarizə hədəfində sabit duruşu ilə həmişə fərqlənir. İnqilab dövründə xüsusi fəaliyyətə malik Reyşəhri inqilabdan sonra da, İran və İslam dünyasına özəl xidməti ilə diqqət çəkir. Belə ki, o, Xübrəqan Məclisində üçüncü müddətə təmsili, ardınca beşinci müddətə seçilməsi fəaliyyətləri sırasındadır. Bundan əlavə Ayətullah Reyşəhri İnqilabın qələbəsindən sonra Dezful, Bəhbəhan, Qəhsəran, Burucerd, Rəşt və Qənbad Kavus İslam İnqilabı məhkəmələrinin dini hakimi olmuş, 1979-cu ilin ortalarında İnqilab Ordusu Məhkəməsinə sədrlik etmişdir. Nocəh çevrilişinin müttəhimləri Qütbzadə və Tudəh partiyasının nümayəndələrinin məhkəməsi də onun nəzarəti altında keçirilir.

Reyşəhri 1989-cu ildə Baş Prokuror və qısa müddət sonra Ruhanilər üzrə Xüsusi Prokuror, 1985-ci il İranın ilk Kəşfiyyat Naziri olur. Onun digər siyasi vəzifələrinə Ali Rəhbəri təmsil etmək və iranlı zəvvarlara nəzarət etmək  və dördüncü, beşinci və altıncı müddətə Xübrəqan Məclisində xidmət etmək daxildir. Reyşəhri 1996-cı ildə İslam İnqilabının dəyərlərini müdafiə edən Camiat adlı siyasi partiya qurur və onun baş katibi, 1997-ci ildə isə İran prezidentliyinə namizəd də olur.

Ayətullah Reyşəhri ömrünün sonuna kimi Əbdül Əzim Həsəninin hərəminin mühafizəçisi, xidmətçisi və Darul-Hədis Elmi və Mədəniyyət İnstitutunun (Quran və Hədis Elmi-Tədqiqat İnstitutunun iki bölməsi və Əbdül-Hədis Universitetinin iki bölməsi ilə) direktoru olmuşdur.

Ayətullah Məhəmməd Məhəmmədi Rəyşəhri 2022-ci ilin 21 martında Tehranda vəfat edir.

Xəbəri paylaş

VİDEOLAR