Mərhum müctəhid Ayətullah Seyid Məhəmməd-Əli Ələvi Qorqanu bu gün Qum şəhərində dəfn edilib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Ayətullah Ələvi Qorqani bu gün Qum şəhərində həzrət Məsumə Xanımın məqbərəsində dəfn edilib.
Dəfn mərasiminə Qum əhalisi, İran ictimaiyyətinin nümayəndələri, tanınmış din alimləri, müctəhidlər və İranın yerli hökumət rəsmiləri də qatılıblar.
Dəfn mərasimi Qum şəhərində İmam Həsən Əskəri (ə) məscidindən başlayıb və həzrət Məsumə xanımın məzarının ətrafında təvaf edilməklə bitib.
Ayətullah Ələvi Qorqanu də bir çox Qum dini-elmi hövzəsinin ustadları və müctəhidləri kimi həzrət Məsumə xanımın hərəmində dəfn edilib.
Qeyd edək ki, 82 yaşlı Ayətullah Ələvi Qorqani ötən həftə yüksək qızdırma ilə Qum şəhərində xəstəxanaların birinə yerləşdirilmişdi.
Mərhum müctəhid Qum dini-elmi hövzəsinin böyük ustadlarından idi. O, Ayətullah Ruhullah Musəvi Xomeyninin, Ayətullah Əraki, Ayətullah Brucerdi və sair məşhur din alimlərinin şagirdi olub. Onun dini-tədris və dini-maarif sahəsində çoxlu əsərləri və təsis etdiyi bir sıra dini və elmi mərkəzləri var.