"Səudiyyə Ərəbistanı bu cinayətlə aradan getməyini yaxınlaşdırır".
“Ərəbistanda həyata keçirilən bu dəhşətli cinayətlə bağlı xəbərdən çox narahat olduq və qəlblərimiz sarsılaraq əzadar oldu. Çünki bir gündə çoxlu dəyərli, elmi və qeyri elmi simaların boynu vuruldu. Məlumata görə onların arasında həbs edilən zaman həddi-büluğa çatmamış uşaqlar və yeniyetmələr olub... Səudiyyə Ərəbistanı bu cinayətlə aradan getməyini yaxınlaşdırır.”
Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu Ayətullah Məhəmməd-Cavad Fazil Lənkərani deyib.
İranda “Əimmət-Əthar Fiqh Mərkəzi”nin sədri Ayətullah Lənkərani ötən həftənin şənbə günü Səudiyyə Ərəbistanında bir gündə 81 nəfərin edam edilməsinə münasibət bildirərək, onu kəskin pisləyib və bu addımın “Səudiyyə Ərəbistanında hakimiyyətin aradan getməsini daha da yaxınlaşdıracağı”nı bəyan edib.
“Bu cinayəti görəndə insan onların necə daş ürəkli olduqları haqda düşünür. Onlar hansı məqsədlə bu işi görürlər?!”, deyə Məhəmməd-Cavad Fazil Lənkərani beynəlxalq təşkilatların və müsəlman dövlətlərinin kütləvi edamla bağlı sükutunu tənqid edib.