Mərcə təqlidlərdən olan Ayətullah Nuri Həmədani “Əqsa tufanı” əməliyyatını sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə cavab hesab edib.
Az.rasthaber.com təqlid mərcəsinin ofisinə istinadən verdiyi məlumata görə, o, Qum Elmi Hövzəsinin bəzi alimləri ilə görüşündə deyib: “Sionist rejimə qarşı son hücumlar, əslində, bu uşaq öldürən rejimin cinayətlərinə cavab idi. İsrail rejimi Fələstin torpağını qəsb edərək illərdir bu torpaqları dağıdıb zülm edir.”
O, islam ölkələrindən müqavimət cəbhəsini gücləndirmələrini və Fələstin məsələsinə biganə qalmağı dayandırmalarını və özünü qoruya bilməyən və tənəzzülə uğrayan rejimlə normallaşmağı düşünməmələrini istəyib.
“Bu fəsad rejiminə qarşı hamının birliyindən başqa yol yoxdur. İnşallah bu qələbə tam bir fəthin başlanğıcı olacaq və Qüds tamamilə müsəlmanların nəzarəti altına keçəcək.”, -deyə Ayətullah Həmədani əlavə edib.