“Azərbaycanın çox önəmli ərazilərinin işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.”
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına görə, bu, İslam İnqillabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyid Həsən Amilinin bəyanatında qeyd olunur.
O bildirib ki, bu qələbə onu göstərdi ki, dünyanın hər yerindəki işğaldakı torpaqlar, xüsusilə Qüds azad edilməsini gözləyir.
Ayətullah Amilinin sözlərinə görə, Azərbaycan xalqı sübut etdi ki, işğalçılıq daimi davam etməyəcək.
Ayətullah Xameneinin nümayəndəsi Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa diləyib və şəhid ailələrinə başsağlığı verib.