Avstriya Parlamenti müsəlmanlar əleyhinə qanun layihəsini təsdiqlədi

Avstriya Parlamenti müsəlmanlar əleyhinə qanun layihəsini təsdiqlədi

Avstriyada mübahisəli antiterror qanun layihəsi parlamentdə qəbul edildi.

Rasthaber Azərbaycan xəbər verir ki, qanuna görə məscidlərdəki vaizlər araşdırılacaq, radikal fikirlərə sahib olduğu düşünülən məscidlər və din ilə əlaqəli dərnəklər dərhal bağlanacaq. Xaricdən müsəlmanlara məxsus qurumlara maliyyə dəstəyinin qarşısını almaq üçün daha sərt tətbirlər görüləcək.                        Xüsusilə məscidlərdə işləyən xarici vaizlər diqqət mərkəzində olacaq. Onların adları hökumətə bildiriləcək. Ölkədə terror cinayəti ilə ittiham edilərək cəzalandırılanlar, həbs cəzaları tamamlanaraq azadlığa buraxıldıqdan sonra da yoxlanılacaq. Bu insanlar bir müddət elektron qandal yardığmı ilə izləniləcəklər.

Qeyd edək ki, qəbul edilən qanun layihəsinin ölkədəki antiislamizmə xidmət edəcəyi və müsəlmanlara qarşı hücumların artmasına səbəb olacağı etnimal edilir.

Xəbəri paylaş

VİDEOLAR