Avstraliyada hicablı müsəlman qadınlara qarşı AYRI-SEÇKİLİK

Avstraliyada hicablı müsəlman qadınlara qarşı AYRI-SEÇKİLİK

Çarlz Stüart Universiteti tərəfindən aparılan yeni araşdırma 2018-ci ilin yanvarından 2019-cu ilin dekabrına qədər dini və etnik fərqliliklərə əsaslanan, onlayn və fiziki 250-yə yaxın təzyiq halını araşdırıb.

Az.rasthaber.com "Oxuinfo"ya istinadən xəbər verir ki, bu araşdırma Avstraliyada islamofobiya ilə bağlı təsdiqlənmiş məlumatlara əsaslanır. Bu sənədlər 2014-cü ildə yaradılmış vətəndaş cəmiyyəti təşkilatından götürülüb.

Bu araşdırmanın məqsədi 138 fiziki təzyiq və 109 onlayn təcavüz hadisəsini təhlil etmək idi.

Araşdırmanın nəticələri Avstraliyada hicablı qadınlara qarşı kobud davranışın geniş yayıldığını və bu cəmiyyətdə müsəlmanlara qarşı hörmətsizliyin olduğunu göstərir.

Araşdırmaya görə, təcavüzə məruz qalan 103 nəfərin 85%-i hicablı, 48%-i tək, 15%-i uşaqlar, 12%-i isə başqa qadınlar barədə olub.

Xəbəri paylaş

VİDEOLAR