Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının 54-cü qurultayına

Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının 54-cü qurultayına

İslam inqilabının rəhbəri Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli dördüncü qurultayına müraciət edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam inqilabının rəhbəri Avropada tələbələrin islami cəmiyyətləri birliyinin 54-cü iclasına müraciət edib.

Ayətullah Xameneinin Avropada Təhsil Alan Tələbələrlə İş Üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavad Ejeyi tərəfindən bu gün səhər Vyana şəhərində oxunub.

Müraciətdə deyilir:

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İslami Assosiasiyalar İttifaqının əziz gəncləri!

Bu ilki iclasınız hər biri bir cəhətdən İran İslam dövləti və onun inqilabçı əhalisinin əzəmət və etibarını göstərən mühüm hadisələrin baş verdiyi bir vaxta təsadüf edir. Şəhadətlər, hərbi güc nümayişləri, xalqın misilsiz iştirakı, gənclərin güclü ruhiyyəsi və qətiyyətli əzmkarlığı elm və texnologiya sahəsinin minlərlə fəal kompleksləri, habelə respublikanın gənclərinin böyük bir hissəsinin dini və mənəvi mövqeyi ilə birlikdə müasir dünyada unikal bir hadisənin meydana gəlməsindən xəbər verir. Bu hadisə tarixin gələcək axarına dərin və təyinedici təsirlər qoya bilər

İslam İnqilabının ikinci addımı Allahın güc və qüdrəti ilə bu hadisəni zirvə nöqtəsinə çatdırıb gerçəkləşdirməlidir. Bu həyati dinamizmdə ümid elmli, müdrik və imanlı gənclərədir. Siz bir tarix yaradan seçilmişlər ola bilərsiniz.

Siz əzizlərin böyük müvəffəqiyyətlərin ümidlə

Allahın salam və rəhməti üzərinizə olsun"

Xəbəri paylaş

VİDEOLAR