Kriminal-avtoritet Kaxaber Şuşanaşviliyə ömürlük həbs cəzası verilib
Fransa məhkəməsi gürcü kriminal-avtoritet Kaxaber Şuşanaşviliyə ömürlük həbs cəzası verib.
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, fransız mətbuatı Şuşanaşvilinin başqa bir kriminal-avtoritet hesab edilən Vladimer Canaşianın ölümünün sifarişində təqsirli bilib.
Fransız mətbuatı Şuşanaşvilinin 2010-cu ildə İspaniyada V.Canaşianın öldürməyə cəhd etməsini, ilk cəhddə bunun uğursuz başa çatdığını, ikinci cəhdin isə 16 mart tarixində Marsel şəhərində baş tutduğunu və nəticədə qətlin həyata keçirilməsini yazır.