Avropa Saakaşvilinin tərəfini tutdu

Avropa Saakaşvilinin tərəfini tutdu

Avropa Parlamentinin konservator və islahatçılar qrupu (ECR) Gürcüstanı ölkənin eks-prezidenti və müxalifət “Milli Hərəkat” partiyasının lideri Mixail Saakaşviliyə qarşı irəli sürülən ittihamları geri götürməyə və onu dərhal azad etməyə çağırıblar.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə ECR-in yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti M.Saakaşvili cümə günü axşam saatlarında Tbilisidə saxlanılıb. O, sərhədi qeyri-qanuni keçərək Gürcüstana Ukraynadan gəlib.

“Saakaşvilinin vətənə dönməyə tam haqqı çatırdı. Onun ünvanına səsləndirilən ittihamlar əsassızdır. Gürcüstan xalqı öz liderlərini özü seçmək hüququna malikdir. Siyasətçilər problemləri azad müzakirə etməlidirlər, daha həbsxanalardan məktub göndərməməlidirlər”, – bəyanatda vurğulanır.

Deputatlar bildiriblər ki, məhz Saakaşvilinin səyləri nəticəsində Gürcüstan demokratiya yoluna qədəm qoymağı bacarıb. Bundan əlavə, məhz onun dövründə postsovet məkanında ilk dəfə olaraq hakimiyyətin dinc yolla ötürülməsi prosesi baş tutub.

Məlumat üçün bildirək ki, konservator və islahatçılar qrupu 2009-cu ildə Avropa Parlamentində yaradılan sağ mərkəzçi siyasi qruplaşmadır.

Gürcüstanda Saakaşvili daxili axtarışa verilib və bir neçə cinayət işində adı hallanır. Dövlət rəsmiləri dəfələrlə bildirmişdilər ki, o, sərhədi keçən anda həbs olunacaq.

Xəbəri paylaş

VİDEOLAR