Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsinin müavini İranla razılaşmadan xəbər verib

Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsinin müavini İranla razılaşmadan xəbər verib

Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsinin müavini Enrike Mora bu barədə özünün tvitter səhifəsində yazıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsinin müavini Enrike Mora  İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik AEBA arasında əldə edilən razılaşmanı müsbət qarşılayaraq, bu razılaşmanı, İranın nüvə proqramı ilə bağlı məlumatların davamlılığını təmin etmək baxımından müsbət addım kimi qiymətləndirib.

Enrike Mora İran ilə AEBA arasındakı razılaşmadan bir saat sonra özünün Tvitter səhifəsində yazıb: "Bu, İranın nüvə proqramı ilə bağlı məlumatların davamlılığını təmin etmək üçün müsbət bir addımdır və diplomatiyaya yer verir. Səyləri yüksək qiymətləndirirəm".

Mora sözlərinin davamında yazıb: "AB -nin məqsədi hamı tərəfindən Əhatəli Müştərək Təşəbbüs Proqramının tam olaraq, həyata keçirilməsidir. Bunun üçün Vyana danışıqlarına ən qısa zamanda başlamağımız çox vacibdir".

Qeyd edək ki,  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi də Tehrana səfəri zamanı İran rəsmiləri ilə danışıqları konstruktiv adlandırıb və tərəflərin fikir ayrılıqlarını həll etmək üçün düzgün istiqamətdə hərəkət etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR