Avropa İttifaqından Fələstinlə bağlı yeni qərar

Avropa İttifaqından Fələstinlə bağlı yeni qərar

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Fələstinə 2021-ci ildə dayandırılan maliyyə yardımının bərpa ediləcəyini açıqlayıb.

Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, İşğal altındakı İordan çayının qərb sahilinə səfər edən Von der Leyen Ramallahda Fələstinin baş naziri Məhəmməd İştiyyə ilə görüşüb.

Görüşdən sonra mətbuata açıqlama verən Von der Leyen, Aİ-nin illik təxminən 600 milyon avro dəstəyi ilə "Fələstinin ən böyük donoru" olduğunu bildirdi.

O deyib:

"2021-ci il üçün Aİ-nin fələstinlilər üçün ayırdığı vəsaitin indi Fələstinə tez bir zamanda paylana biləcəyini bildirməkdən məmnunam. Bu, vacibdir, çünki Aİ fondları insanları, xüsusilə də ən imkansız təbəqələri dəstəkləyir və iqtisadi imkanlar üçün düzgün şəraitin yaradılmasına kömək edir".

Qeyd edək ki, Aİ-nin 2021-ci il və bu ilin birinci yarısı üçün fələstinlilərə ayırdığı, əsasən dövlət işçilərinin maaşlarını dəstəkləyən vəsaitlər dayandırılmışdı. Avropa Birliyinin Fələstindəki ofisinin məlumatına görə, buna Aİ bloku daxilindəki razılaşmalar səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR