Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin bir il uzadılmasına qərar verib.
Rasthaber Azərbaycan xəbər verir ki, Avropa Şurasının bu barədə verdiyi məlumata görə, Bəşər Əsədin İsrail və ABŞ-ın ölkəni istədikləi kimi şəkilləndirməsinə verdiyi mübarizə sanksiya tədbirlərini 1 iyun 2022-ci il tarixinədək davam etməsinə səbəb olub.
Aİ səyahət qadağaları və aktivlərinin dondurulması da daxil olmaqla sanksiya siyahısında olan, lakin həyatını itirmiş 5 nəfəri isə siyahıdan çıxarıb.
Beləliklə sanksiya tətbiq edilənlərin sayı 283 olub. Siyahıda ayrıca 70 təşkilat da yer alır.
Aİ-nin Suriyaya qarşı sanksiyaları Əsəd rejiminin xalqa qarşı zorakılıq əhatə etməsi səbəbindən 2011-ci lidə qüvvəyə minmişdi.
Aİ sanksiyalarla rejimə yaxın iş adamlarını və şirkətləri də hədəf almışdı.
Bundan başqa neft idxalatı, müəyyən investisiyaların məhdudlaşdırılması, Suriya Mərkəzi Bankının Aİ-dəki aktivlərinin dondurulması, daxilidəki təzyiqdə və kommunikasiyada istifadə ediləcək avadanlıq və texnologiyaların ixracının məhdudlaşdırılması da tədbirlər çərçivəsindədir.
Sanksiyalar humanitar yardımın göndərilməsinə mane olmur.