Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Krım və Sivastopolun qeyri-qanuni ilhaqına görə Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzatma qərarı verib

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki,   Aİ Şurası Rusiyanın Krım və Sivastopolu qeyri-qanuni ilhaqı səbəbiylə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin 23 iyun 2022-ci ilə qədər uzadıldığını açıqlayıb.

  Qərara görə,

  • Uzadılan sanksiyalarla Aİ vətəndaşları və şirkətlərinin Krım və Sivastopol bölgələrindəki fəaliyyətləri məhdudlaşdırılır;
  • Krım və Sivastopoldan da Aİ ölkələrinə məhsul idxalatına icazə verilmir;
  • Aİ vətəndaşları və şirkətləri Krım və Sivastopola sərmayə qoya və maliyyə xidməti göstərə bilməz;
  • Sözügedən bölgələrə nəqliyyat, telekommunikasiya və enerji sektorlarında istifadə edilən məhsul və texnologiyalar ixrac edilə bilməz;
  • Xüsusilə neft, təbii qaz və mədən axtarışı və istehsalı ilə bağlı texnologiya təmin edilə və texniki dəstək verilə bilməz.

  Xatırladaq ki, Rusiya 2014-cü ilin martından Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini qeyri-qanuni olaraq ilhaq edib. Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və bir ölkələr tərəfindən Rusiyaya sanksiya tətbiq olunur.  

Xəbəri paylaş

VİDEOLAR