Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı İrana 10 ildir tәtbiq etdiyi sanksiyaların müddәtini uzadıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasından verilәn açıqlamada İrana qarşı sanksiyaların 2022-ci ilin 13 aprel tarixinәdәk uzadılması ilә bağlı qәrar qәbul edildiyi bildirilib.

Mәlumatda qeyd olunub ki, Aİ Şurasının bəyanatında İranda insan hüquqları sahəsində ciddi pozuntular ilə bağlı 2011-ci ildən tətbiq olunan sanksiya siyahısındakı 89 şəxs və dörd  şirkət barəsində Avropa İttifaqı məkanına giriş qadağası, Avropa banklarında olan və ya aşkar ediləcək bütün aktivlərinin dondurulması kimi məhdudlaşdırıcı tədbirlər qüvvədədir.

Sanksiya siyahısına daxil edilәn şәxs vә şirkәtlәrin İranda 2019-cu ildә keçirilәn aksiyalarda baş verәn hadisәlәrdә ciddi rollar oynadığı vurğulanıb.

Hәmin şәxslәr arasında İran İnqilab Keşikçilәri Korpusunun komandanı Hüseyn Selami vә ordunun yüksәk vәzifәli başqa şәxslәrinin adlar da var. Sanksiya siyahısına daxil edilәn qurumlar isә Evin, Feşafuye vә Recai Şehr hәbsxanalarıdır.

 

Xəbəri paylaş

VİDEOLAR