Avropa İttifaqı Dağlıq Qarabağ bölgəsində keçirilən seçkiləri tanımadı

Avropa İttifaqı Dağlıq Qarabağ bölgəsində keçirilən seçkiləri tanımadı

Avropa İttifaqı martın 31-i Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən "prezident və parlament seçkiləri" tanımır.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat katibinin Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkilərinə” dair yaydığı bəyanatda bildirilir.

"31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkilərini" nəzərə alaraq, Avropa İttifaqı təkrar bildirir ki, onların keçirildiyi seçkini tanımır. Bu, Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz", - deyə məlumatda bildirilir.

Avropa İttifaqı status-kvodan kənarda, hərtərəfli və davamlı sülh istiqamətində əhəmiyyətli danışıqlardan kənarda tərəqqinin əldə edilməsi üçün ATƏT-in Minsk Qrupunun və xüsusilə də onun həmsədrlərinin göstərdikləri cəhdləri qəti şəkildə dəstəklədiyini xatırladır: "Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır".

Xəbəri paylaş

VİDEOLAR