Sionist Rejimin Daxili Təhlükəsizlik naziri Ben-Qvir Qəzzədəki atəşkəsi bir daha sərt şəkildə tənqid edərək, müharibənin yenidən başlanmasını tələb etdi.
Az.rasthaber.com xəbər verir ki, Qətər mərkəzli Əl Cəzirə televiziyasının xəbərinə görə, Sionist Rejimin Daxili Təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzədəki atəşkəs müqaviləsini sərt şəkildə tənqid edərək, bunun təkcə təslimiyyət müqaviləsi deyil, eyni zamanda İsrailə təhqir olduğunu söylədi.
Ben-Qvir bu müqavilənin dərhal ləğv edilməsi və İsrailin müharibəni yenidən başlatması lazım olduğunu vurğuladı.
Digər tərəfdən, İsrailin 12-ci Kanal televiziyası, Maliyyə naziri Bezalel Smotriçin bəzi həlak olan əsgərlərin ailələrini, məhbus ailələrini və strateji mütəxəssislərlə məsləhətçiləri bir araya gətirərək, müharibənin yenidən başladılması və əsir dəyişim müqaviləsinin dayandırılmasına yönəlik strategiya hazırlama işləri apardığını bildirdi.
Bu açıqlamalar Qəzzədə gərginliyi azaltmaq məqsədilə Qətər kimi bəzi ölkələrin təşəbbüsü ilə edilən atəşkəs müqaviləsinin Ben-Qvir, Smotriç və digər sağçı İsrailli siyasi liderlər tərəfindən etirazla qarşılanmasından sonra gəldi.