25.07.2023 19:34:46
Rasthaber-in baş redaktoru Dr. Ziya Türkyılmaz Aşura və zamanın tələbinə görə təbliğat və fəaliyyətlə bağlı məqalə yazıb... Təqdim edirik:
- Müsəlmanın hər bir hərəkəti/davranışı əqidə, düşüncə və vəzifə əsasında olmalıdır. Müsəlman dövrünün ehtiyaclarını bilməli, bu dövrdə prioritetlərini təyin etməli və hansı zamanda nə edəcəyini hesablayaraq hərəkət etməlidir. Hər kəs Hüseyni qiyamdan əvvəl vəzifəsini bu qayda çərçivəsində müəyyən etməlidir. Kərbəla qiyamından dərhal sonra bizim dövrümüzə qədər möminlər bu bənzərsiz Qiyamla bağlı vəzifə və davranışlarında müxtəlif mərhələlərdən keçmişlər.
Qiyamın hərarətinin hiss olunduğu ilk illərdə meydana çıxan bir neçə silahlı qiyam və qisas hərəkatını, məsələn, Təvvabin, Muxtar və s. istisna etsək, möminlərin çox çətin mərhələlərdən keçdiklərini, qırğınlara məruz qaldıqlarını və öz evlərində qalmaq məcburiyyətində qaldıqlarını görərik.