"Aralıq dənizinin beynəlxalq sularında "İran Şəhrekord" konteyner gəmisinə partlayıcı bir əşyanın dəyməsi nəticəsində gəminin korpusunun bir hissəsinə ziyan dəyib."
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın gəmiçilik şirkətinin sözçüsü Əli Qiyasiyan deyib
"Gəminin korpusuna partlayıcı bir əşyanın dəyməsindən sonra partlayış məkanında kiçik bir yanğın baş verib ki, gəminin kapitanı və ekipaj üzvlərinin vaxtında müdaxiləsi nəticəsində alov dərhal söndürülüb və ekipaj üzvlərindən heç birinə zərər dəyməyib", -deyə o əlavə edib.
İranın gəmiçilik şirkətinin sözçüsü bildirib ki, "İran Şəhrekord" gəmisi dəymiş ziyanın miqdarının araşdırılmasından və vurulmuş xəsarətlərin bərpa edilməsindən sonra öz yoluna davam edəcək.
İranın gəmiçilik şirkətinin sözçüsü Əli Qiyasiyan "Dəniz quldurluğunun bir nümunəsi olan bu kimi terror hərəkətləri ticarət gəmiçiliyinin təhlükəsizliyi barədəki beynəlxalq qanunlara ziddir və onun amillərinin aşkar edilməsi üzrə hüquqi təqiblər, əlaqədar beynəlxalq orqanlar vasitəsilə həyata keçiriləcək.", -deyə bildirib.