Ankarada terror: Ölən və yaralananlar var - VİDEO

Ankarada terror: Ölən və yaralananlar var - VİDEO

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.

Az.rasthaber.com xəbər verir ki, bu gün Ankara şəhərinin Kahramankazan rayonunda yerli vaxtla saat 15:20 radələrində “Türk Havaçılıq ve Uzay Sanayii” Anonim Şirkətinin (TUSAŞ) girişində terror aktı həyata keçirilib.

Məlumata görə, ərazidə partlayış və silah səsləri eşidilib.

Türkiyə güc strukturları olayı terror aktı kimi dəyərləndiriblər.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya terror hücumu zamanı ölən və yaralıların olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR