Amnesty İnternational: Səud rejimi saxta ittihamlarla represiyalar həyata keçirir

Amnesty İnternational: Səud rejimi saxta ittihamlarla represiyalar həyata keçirir

Amnesty İnternational Təşkilatı bildirib ki, Ərəbistan "terrorizm işlərinin mühakiməsi" adı ilə gizli bir məhkəmədən tənqidçilərə qarşı “repressiya silahı” kimi istifadə edir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Amnesty İnternational Təşkilatı - Beynəlxalq Amnistiya Təşkilatı bu gün bir məlumatda bildirib ki, Ərəbistan “repressiya silahı”ndan şiələrə, din xadimlərinə, jurnalistlərə, akvistlərə və tənqidçilərə qarşı istifadə və bəzilərini ölüm və edama məhkum edibdir.

Londonda yerləşən bu insan haqları təşkilatı məhkəmə sənədlərini araşdırıb və bu hesabatı hazırlamaq üçün vəkillər və aktivistlərlə söhbət edib.

Beynəlxalq Amnistiya Təşkilatı 2011-2019-cu illər arasında bu məhkəmədə mühakimə olunmuş 95 nəfərin işini araşdırıbdır ki, onlardan 27 nəfər siyasi əqidələri və ya fəaliyyətlərinə görə, məsuliyyətə cəlb olunubdur.

Xəbəri paylaş

VİDEOLAR