Amnesty İnternational: İsrailin bu hücumu müharibə cinayətidir

Amnesty İnternational: İsrailin bu hücumu müharibə cinayətidir

"İsrail qüvvələri hər zaman hərbi hədəflər və mülki obyektlər arasında aydın fərq qoymalıdır" - Amnesty İnternational

 Rasthaber Azərbaycan xəbər verir ki, Amnesty İnternational - Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə axşamı İsrail ordusunun Əl-Qard Əl-Həssan Vəqfini hədəf almasının "beynəlxalq humanitar hüququn pozulmasıdır" və "müharibə cinayəti" kimi araşdırılmalısını istəyib.
Beynəlxalq Amnistiya Təşkilatının bəyanatında deyilir ki, Təşkilat İsrail ordusunun iddia etdiyi kimi Hizbullaha maliyyə ayırsa belə, onun hərbi hədəf anlayışına, xüsusən də mülki müştərilərə xidmət göstərən filiallara düşməsi təsadüfdən uzaqdır".
Amnesty İnternational bəyanatda Hizbullah ilə əlaqəyə görə mülki bina və  onun içindəki mülki şəxsləri hərbi hədəf kimi təsnif etmək hərbi cinayətdir.

Təşkilat hesab edir ki, Əl-Qard Əl-Həssan filiallarının hədəfə alınması beynəlxalq humanitar hüququn pozulmasıdır və müharibə cinayəti kimi araşdırılmalıdır. 

"Bu araşdırma təcili olaraq başlanılmalı olan beynəlxalq müşahidəçilər yekun rəy bildirməlidirlər. İsrail qüvvələri hər zaman hərbi hədəflər və mülki obyektlər arasında aydın fərq qoymalıdır" deyə Aİ bildirib.

 

Xəbəri paylaş

VİDEOLAR