Amnesty İnternational-dan İsraili narahat edən açıqlama

Amnesty İnternational-dan İsraili narahat edən açıqlama

Qurum Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da müraciət edib

Mərkəzi İngiltərədə yerləşən "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) İsrail təhlükəsizlik qüvvələrinin işğal altındakı Şərqi Qüdsdə  fələstinli aksiyaçılara dəfələrlə sərt müdaxilə etdiyini bildirərək tənqid edib.

Qurum bu hücumları insan haqlarının kobud surətdə pozulması və yaşamaq hüququnun əlindən alınması kimi dəyərləndirib.

Rasthaber Azərbaycan  xəbər verir ki, Beynəlxalq Əvf Təşkilatından verilən bəyanatda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına son proseslər ilə bağlı iclas keçirməsi ilə əlaqədar çağırış edilib. 

Bəyanatda həmçinin İsrail rəsmilərinə Şeyx Cərrah məhəlləsindəki təxliyə əməliyyatlarını dayandırması ilə əlaqədar da müraciət olunub.

Qeyd edək ki, Qəzzanın bombalanması ilə bağlı beynəlxalq təşkilatların susqunluğu davam edir.

Xəbəri paylaş

VİDEOLAR