Amerikanın qanuni ticarəti pozması dünya üçün təhlükədir

Amerikanın qanuni ticarəti pozması dünya üçün təhlükədir

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif bu gün Venesuela istiqamətində hərəkət edən İran tankerlərinin hədələnmələri barədəki sualın cavabında deyib ki, Amerikanın qanuni ticarəti pozmağa haqqı yoxdur, zira bu siyasət, bütün dünya üçün bir təhlükədir.

"Əgər bir ölkə öz yanlış siyasətləri əsasında qərar çıxarmaq və qanuni ticarətə xələl gətirmək üçün bir addım atmaq istəyərsə, mütləq beynəlxalq reaksiya ilə üzləşəcəkdir", - deyə Zərif qeyd edib.

Amerika dövlət başçılarının İran yanacağını Venesuela istiqamətinə daşıyan tankerlərə maneçilik törətmək üzrə təhdidlərinə dair bəzi məlumatların yayılmasının ardınca İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü BMT-nin baş katibi Antonio Quterreşə məktubda Amerikanın təhrikedici, təhlükəli və qanunsuz təhdidlərini beynəlxalq sülh və təhlükəsizlik üçün böyük bir təhlükə və bir növ dəniz quldurluğu adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR