Amerikalıların 60%-i Baydenin psixi problemləri olduğuna inanır

Amerikalıların 60%-i Baydenin psixi problemləri olduğuna inanır

ABŞ-da keçirilən sorğulara əsasən, amerikalıların yarıdan çoxu Baydenin psixi sağlamlığına şübhə ilə yanaşır.

Az.rasthaber.com xəbər verir ki, NORC tədqiqat mərkəzi ilə birgə keçirilən sorğunun nəticələrinə istinadən Associated Press yazıb: "ABŞ vətəndaşlarının 60 faizi Co Baydenin əqli qabiliyyətlərinə şübhə etdiyini bildirib."

Tədqiqat göstərib ki, 10 respondentdən altısı Baydenin yaddaşının və intellektinin ona dövlət başçısı vəzifələrinin öhdəsindən gəlməyə imkan verəcəyinə ya “əmin deyil” və ya “heç əmin deyil”!

Bu sorğuya görə, Baydenin psixi sağlamlığına şübhə edənlər 2022-ci ilə nisbətən 10 faiz artıb.

Bundan əvvəl keçmiş ABŞ prezidenti Donald Tramp Baydenin “əqli və fiziki qüsurlu insan” olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR