Amerikalıların 55%-i Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənmir

Amerikalıların 55%-i Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənmir

Amerikalıların yarıdan çoxu Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənmir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu məlumatları "Associated Press" dərc edib. 

ABŞ vətəndaşlarının yalnız 43%-i Baydenin fəaliyyətini bəyənir, 55%-i isə onun fəaliyyətində razı deyil. Demokratlar arasında respondentlərin 77%-i , respublikaçılardan isə respondentlərin cəmi 10%-i prezidentin siyasətindən razıdır. 

Agentlik onu da qeyd edir ki, ABŞ iqtisadiyyatının acınacaqlı vəziyyətdə olub-olmaması sualına 10 Respublikaçıdan 9-u, Demokratlar Partiyasından isə 6-sı müsbət cavab verib. 

Noyabrın 9-da "CNN" sorğunun nəticələrini dərc edib. Həmin nəticələrə əsasən respondentlərin 54%-i Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənməyib, respondentlərin 45%-i onun işindən razı olduğunu qeyd edib. Sorğu iştirakçılarının 46%-i hesab edir ki, Baydenin siyasəti ölkəyə “zərər” verir. Respondentlərin 36%-i isə əks düşərgədə yer alıb.

Xəbəri paylaş

VİDEOLAR