Amerikalı qadından İŞİD-lə bağlı etiraf

Amerikalı qadından İŞİD-lə bağlı etiraf

Suriyada İŞİD qadınları batalyonunun komandanı olmuş ABŞ-ın Kanzas ştatından olan bir amerikan qadın, yüzdən çox qadın İŞİD döyüşçüsünə təlim keçdiyini etiraf edib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bu qadın həmçinin, Amerikada bir universitetə hücum üçün plan cızdığını da etiraf edib.

Məhkəmə işlərində bir ana və müəllim kimi qeyd edilən 42 yaşlı Elison Flok-Akrin sonuncü dəfə 2011-ci il yanvarın səkkizində Amerikada olub. Ondan sonra Misirə və Liviyaya səfər edib. Nəhayət 2014-cü ildə Suriyada yerləşib.

Elison çərşənbə axşamı günü məhkəmədə bir Amerika universitetində bomba yerləşdirəcəyini etiraf edib.

Elison Flok-Akrin Obrok Keys-in etiraflarına və sənədlərə əsasən, bu plan bir zaman İŞİD terror qrupunun keçmiş rəhbəri Əbu-Bəkr Əl-Bəğdadiyə təqdim edilmiş, sonda isə kənara qoyulmuşdu.

Xəbəri paylaş

VİDEOLAR