Mərkəzi Ayətullah Sistaniyə bağlı olan "Alulbayt Gürcüstan" imkansız ailələrə yardım aksiyası keçirib.
Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda İslamazeri.com-a "Alulbayt Gürcüstan"dan məlumat verilib.
Məlumata görə, bu aksiyaya şəxsən "Alulbayt Gürcüstan"ın rəhbəri Hacı Faiq Nəbiyev rəhbərlik edib.
"Alulbayt Gürcüstan" ailələrə ərzaq paketi hədiyyə edilərək onların həm Ramazan ayı, həm də Xanım Xədicənin (s.ə) vəfatı münasibətilə keçirilən aksiya vasitəsilə sevindirib. Təkcə İslam Peyğəmbəri Muhəmmədin (s) həyat yoldaşı Xanım Xədicənin (s.ə) vəfatı münasibətilə 100 aztəminatlı ailəyə ərzaq ehsan edilib.
Bu aksiyaya böyük İslam mərcəiyyəti Ayətullah Seyid Sistani, həmçinin onun tam səlahiyyətli təmsilçisi Ayətullah Şəhristani mənəvi və maddi dəstəyini sərgiləyib.
"Alulbayt Gürcüstan" ara-sıra bu cür aksiyalar keçirir.
"Alulbayt Gürcüstan"ın rəhbəri Hacı Faiq Nəbiyev bu aksiyanın bir neçə gün davam edəcəyini bildirib.