Almaniyanın insan haqları iddiasına İrandan REAKSİYA

Almaniyanın insan haqları iddiasına İrandan REAKSİYA

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani Almaniyanın xarici işlər naziri Annalena Baerbokun İranda insan haqlarının vəziyyəti ilə bağlı iddiasına münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media hesabında Almaniyanın xarici işlər naziri Annalena Baerbokun İranda insan haqlarının vəziyyəti ilə bağlı iddiasına münasibət bildirib.

Kənani paylaşımında bildirib:

"Almaniya xarici işlər naziri çətin ki, İran ictimaiyyətinin alman mənşəli kimyəvi silahlarla bağlı fikirlərindən xəbərsiz olsun.

Səddam rejimini kimyəvi silahla silahlandıran və minlərlə İran vətəndaşının şəhid edilməsinə və zəhərlənməsinə görə məsuliyyət daşıyan hökumətin xarici işlər naziri iranlıların insan haqlarından danışmaq hüququnu özündə necə tapır?!

Xəbəri paylaş

VİDEOLAR