Almaniyada sel nəticəsində azı 80 nəfər ölüb, yüzlərlə insan itkin düşüb.
Rasthaber Azərbaycan xəbər verir ki, Avropada güclü yağışlar çayların daşmasına səbəb olub.
Bəzi siyasətçilərə görə, aramsız yağışların səbəbi iqlim dəyişikliyidir.
Mütəxəssislər deyirlər ki, iqlim dəyişikliyi ekstremal metereoloji hadisələrin tezliyini artıra bilər, lakin onlar hər hadisəni qlobal istiləşmə ilə əlaqələndirməyin "çətin məsələ" olduğunu düşünürlər.
BBC bildirir ki, Almaniya kansleri Angela Merkel Vaşinqtonda ABŞ Prezidenti Joe Biden ilə görüşündə deyib ki, "faciənin tam miqyasını ancaq növbəti günlərdə görə biləcəklər".
Seldən ən çox zərər çəkən Almaniya olsa da, Belçika və Hollandiya da Lüksembuq və İsveçrədəki seldən ziyan çəkib.
Cümə günü regionda daha güclü yağışların yağacağı ehtimal olunur.