Almaniyada müsəlman türk ailəyə hücum edildi

Almaniyada müsəlman türk ailəyə hücum edildi

Almaniyanın Lübeck şəhərində bir türk ailəsinə irqçi hücum olub

Rasthaber Azərbaycan xəbər verir ki, Lübek Polis Şöbəsindən yayılan məlumata görə, hadisə 3 İyul tarixində şəhər mərkəzinin yaxınlığındakı Mühlentor Meydanında baş verib. Qeyd edilib ki bir Alman cütlüyü dörd nəfərlik Türk ailəsinə gözyaşardıcı qazdan istifadə edərək hücum təşkil ediblər. Qazdan təsirlənən ailə xəstəxanaya cəlb olunarkən, təcavüzkar Alman cütlüyün daşıdığı gözyaşardıcı qazla yanaşı qadağan olunmuş bəzi silahlar müsadirə edilib. 51 yaşlı təcavüzkar ilə əlaqəli istintaq başladılıb.

Polis hadisənin ksenofobik ola biləcəyini ehtimal edib və bununla bağlı əlamətlərin olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR