Əl-Mustafa (səlləllahu əleyhi və alih) genişliyinə görə Avropanın ən böyük Şiə məscididir və burada minlərlə müsəlman, xüsusən də livanlı Şiələr müxtəlif mərasimlərə toplaşır.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, sionizmin oyuncağına çevrilmiş Almaniya hökuməti ölkədəki Livanın İslam mərkəzlərinə etdiyi basqısının ardınca “Berman” şəhərinin polisi Waltershausen" bölgəsindəki “Əl-Mustafa (səlləllahu əleyhi vəalih) toplantı mərkəzinə” hücum edib və bu İslam təşkilatının əmlakına əl qoyaraq, mərkəzin lövhəsini qopardaraq yerə atıb.
Əl-Mustafa (səlləllahu əleyhi vəalih) Mərkəzi və Məscidi “Livan Hizbullahı ilə sıx əlaqələri vasitəsilə İsrail rejiminə qarşı terrorizmi təbliğ etmək”də ittiham edilib, Berman rəsmilərinin yaydığı press-relizdə deyilir: “Mərkəzdə İsrail əleyhinə kitablar və yazılar var idi”.
Bəyanatda əlavə edilib ki, Əl-Mustafa Mərkəzi (səlləllahu əleyhi vəalih) Livanda Hizbullah üçün vəsait toplamaqda da iştirak edib.
Əl-Mustafa (səlləllahu əleyhi və alih) genişliyinə görə Avropanın ən böyük Şiə məscididir və burada minlərlə müsəlman, xüsusən də livanlı Şiələr müxtəlif mərasimlərə toplaşır.
2020-ci ildə Almaniyada Hizbullahın qadağan edilməsindən sonra təhlükəsizlik rəsmiləri tərəfindən Hizbullaha yaxın olduğu müəyyən edilən bir neçə mərkəz, o cümlədən Əl-Mustafa (səlləllahu əleyhi və alih) Məscidi də yoxlanılıb.
O vaxtdan bu mərkəzlərə təzyiqlər artır; Belə ki, sionistlərin əlaltısı olan Almaniya höküməti bir neçə ay əvvəl üç İslam mərkəzi və dörd gün əvvəl Munster şəhərində İmam Mehdi (əleyhi səlam) Məscidini bağlamışdı.
Almaniya indiyədək Livanda hüquqi şəxs olan, ərəb və islam ölkələrində populyarlığından əlavə, Livan seçkilərində demokratik prosesdə son bir neçə dəfə qalib gələn Hizbullah siyasi partiyasına yaxın olmaqda qondarma ittihamlarla şərlənən bu ölkənin Livan əsilli vətəndaşlarına bağlı beş İslam mərkəzini bağlayıb.
Digər tərəfdən, qeyd edilməlidir ki, Hizbullah şəhidləri o kəslərdir ki, dünyada terrorun yayılmasının, o cümlədən vəhhabi terrorçularının Almaniyaya soxularaq bu ölkənin təhlükəsizliyini təhdid etmələrinin qarşısını almaq məqsədi ilə vuruşaraq canlarından keçdilər.