ABŞ-ın sanksiyalarını pozmaqda ittham edilən və Almaniyada həbs edilən iranlı Tehranın diplomatik səylərindən sonra sərbəst buraxılaraq, İrana qayıdıb.
Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, İran dövlət televiziyası Xarici İşlər Nazirliyinin sözçü Abbas Musaviyə istinadən bildirib ki, Əhməd Xəlili vətənə Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birlikdə qayıdıb.
Almaniya hökuməti məsələ ilə bağlı şərh verməkdən imtina edib.
"Amerikanın qanunsuz və qəddar sanksiyalarını pozmaq bəhanəsi ilə Almaniyada həbs edilən və [ABŞ Ədliyyə Nazirliyinin] Amerikaya təhvil verilməsi tələb edilən İran vətəndaşı cənab Əhməd Xəlili dünən gecə sərbəst buraxılıb və xarici işlər naziri ilə vətənə qayıdıb" - deyə, dövlət televiziyası Musəviyə istinadən bildirib.
Mətbuat katibi Xəlillinin ABŞ sanksiyalarını necə pozduğu barədə məlumat verməyib, lakin "sıx diplomatik məsləhətləşmələr, İranın məhkəmə sistemi və İnqilab Keşikçilərinin kəşfiyyat idarəsi ilə effektiv əməkdaşlıq sayəsində" azad edildiyini deyib.
Musəvi İranın məhkəmə sistemi, ya da İranın ən güclü hərbi qüvvəsi olan elitar qvardiyanın kəşfiyyat idarəsinin Xəlilinin azad edilməsində hansı rol oynadığı barədə bir söz deməyib.