Almaniyanın qərbindəki Frankfurt yaxınlığındakı Hanau şəhərində iki kafeyə silahlı hücum edilib.
Rasthaber Azərbaycan Sputnik-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı 9 nəfər ölüb, 6 nəfər yaralanıb. Həyatını itirənlərin şəxsiyyətləri açıqlanmasa da, ölənlərin arasında türklərin olduğu iddia edilir.
Almaniyanın "Bild" qəzetinin aldığı məlumata görə, Tobias R. adlı qatil bir mənzildə ölü tapılıb. Həmin mənzildə bir etiraf məktubu və video tapılıb. Təcavüzkarın anasını öldürüb, sonra intihar etdiyi bildirilir.
Silahlı hücumun səbəbi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, Hanau şəhərində türklər sıx məskunlaşıblar.
#BREAKING: #Hanau: A total of eleven people died in a shootout.
— ISCResearch (@ISCResearch) February 20, 2020
The alleged perpetrator was found dead.
According to information from security circles, a right-wing extremist letter of confession and a video were found. #GERMANY pic.twitter.com/E8rPGUxwVP