Almaniya Gürcüstana 200 milyon dollar ayırdı

Almaniya Gürcüstana 200 milyon dollar ayırdı

Bu haqda Gürcüstan Maliyyə Nazirliyi bildirib.

Rasthaber Azərbaycan “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan və Almaniya hökumətləri arasında təxminən 170 milyon avro məbləğində güzəştli kredit və 28,5 milyon avro məbləğində qrantın ayrılmasını nəzərdə tutan razılıq əldə edilib.

Bu haqda Gürcüstan Maliyyə Nazirliyi bildirib.

Ayrılan vəsaitlə urbanizmin inkişafı, enereji effektivliyi, turizm infrastrukturu və ətraf mühitin mühafizəsi tədbirlərinə yönəlmiş layihələr maliyyələşdiriləcək.

Müvafiq sənədi Gürcüstan maliyyə naziri İvane Maçavariani və Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş imzalayıblar.

Saziş 2019-cu il 6-7 noyabrda baş tutmuş hökumətlərarası danışıqların nəticəsi olaraq imzalanıb.

Qeyd edək ki, texniki və maliyyə əməkdaşlığı çərçivəsində Almaniya hökuməti indiyədək Gürcüstanın prioritet sahələrinin maliyyələşdirilməsinə qrant, texniki yardım və imtiyazlı kredit halında 1 milyard avropa çox məbləğ ayırıb.

Xəbəri paylaş

VİDEOLAR