Almaniya da hərbiçilərini Əfqanıstandan geri çəkir

Almaniya da hərbiçilərini Əfqanıstandan geri çəkir

Almaniya Əfqanıstandan əsgərlərini 4 iyul etibarilə geri çəkməyi planlayır.

  DPA Almaniya xəbər agentliyinin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi Federal Məclis deputatlarına ölkə ordusunun Əfqanıstandan əsgərlərini geriçəkmə tarixinin 4 iyul təyin edilməsilə bağlı məlumat verib.

  Xatırladaq ki, Almaniya bundan əvvəl əsgərləri avqustun ortasında geri çağırmağı planlaşdırmışdı.

  Almaniyanın Əfqanıstanda təxminən 1100 əsgəri var.

  ABŞ hökuməti NATO missiyası çərçivəsində 20 ildir Əfqanıstanda saxladığı hərbi qüvvənin 1 maydan geri çəkəcəyini və bu prosesin 11 sentyabra qədər tamamlanacağını açıqladıqdan sonra NATO üzvlərindən Almaniya, İngiltərə, İtaliya, İspaniya, Belçika, Macarıstan da Əfqanıstandan hərbçilərini geri çəkməyə başlayır.

Xəbəri paylaş

VİDEOLAR