Almaniya böyük fəlakətlərə və mümkün hərbi münaqişələrə hazırlıq görür

Almaniya böyük fəlakətlərə və mümkün hərbi münaqişələrə hazırlıq görür

Almaniyanın səhiyyə sistemini mümhüm hərbi münaqişəyə hazır vəziyyətə gətirmək lazımdır.

Az.rasthaber.com alman mediasına istinadən xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Lauterbax deyib.

Onun sözlərinə görə, həkimlər və xəstəxanaların hərbi şəraitə hazırlaşdırılması bəziləri tərəfindən qorxunun artırılması kimi qəbul edilə bilər. Nazirin öz baxışı isə ayrı cürdür.

“Bizə həmçinin səhiyyə sistemində də dəyişikliklər lazımdır. Üstəlik də ki, Almaniya öz müttəfiqlik öhdəliklərinə əsasən, digər ölkələrdən olan yaralılar və xəsarət alanlara yardım mərkəzi ola bilər”, – deyə Lauterbax qeyd edib.

O əlavə edib ki, artıq Almaniya Ukraynadan olan yaralıların müalicə edilməsi ilə bağlı qərar qəbul edib.

Lauterbax bildirib ki, hazırda ölkə qanunvericiliyində boşluqlar var və hakimiyyət fəlakətə və ya, nə qədər az ehtimallı olsa da, hətta hərbi ittifaqa hazır olmaqda üçün bu boşluqları aradan qaldırır.

Alman nazir əlavə edib ki, təkcə gələcək pandemiyalara yox, həm də böyük fəlakətlərə və mümkün hərbi münaqişələrə hazırlaşmaq daha yaxşı olardı.

Xəbəri paylaş

VİDEOLAR